Kriminal

Lerikdə avtomobil dərəyə aşdı, xəsarət alanlar var

28 Jun 2026, 18:48 2 baxış
Lerikdə avtomobil dərəyə aşdı, xəsarət alanlar var
Lənkəran-Lerik magistral yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı biri azyaşlı olmaqla dörd nəfər xəsarət alıb. Oxu.Az xəbər verir ki, hadisə avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində baş verib. Məlumata görə, Astara rayon sakini, 1989-cu il təvəllüdlü Elnur İbrahim oğlu Qurbanlının idarə etdiyi "Opel" markalı avtomobil idarəetmədən çıxıb. Nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşaraq ağaca çırpılıb və dayanıb. Qəza nəticəsində sürücü Elnur Qurbanlı, onun həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aidə Mərhəmət qızı Qurbanlı, beş yaşlı övladları N.Q. və digər sərnişin, 1989-cu il təvəllüdlü Rəvanə Baba qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar hadisə şahidlərinin köməyi ilə avtomobildən çıxarılaraq xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər