Kriminal

Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?

28 Jun 2026, 12:51 2 baxış
Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?

Azərbaycan mədəniyyətinin əfsanəsi Leyla xanım Bədirbəylinin qızı Lalə Cavanşirova 1947-ci ildə anadan olub. Lalə Aslanova kimi qeydə alınmasına baxmayaraq, tarixi nəslə görə daha çox Lalə Cavanşirova kimi tanınmışdı.


Leyla xanım kimi mədəniyyət sahəsinə gənc yaşlarında maraq göstərən Lalə xanım peşəkar rəqqasə idi, filarmoniyanın mahnı və rəqs ansamblında çıxış edirdi. Qeyd edim ki, Leyla xanım da yaradıcılığa ilk olaraq rəqs ansamblında başlamışdı.


O, ansamblın tərkibində müxtəlif beynəlxalq səhnələrdə çıxış edərək Azərbaycan mədəniyyətini və xalq rəqslərini təbliğ edib. Anasının ona dəstək verməsinə etiraz edərək, öz istedadı ilə tanınmaq istəyirdi. O öz ulduz ailəsinin adından heç vaxt imtiyaz kimi istifadə etməyib.


Lalə küçəni keçərkən yüksək sürətlə hərəkət edən avtomobil tərəfindən vurulmuş və bu qəza nəticəsində yerindəcə dünyasını dəyişmişdir. Onun həyatına son qoyan o dəhşətli yol qəzası Bakının tam mərkəzində, Kukla Teatrının qarşısında baş verib.


Lalə xanımın avtomobil qəzası o dövrün mətbuatında geniş işıqlandırılmadı və araşdırılmadı. Çünki o illərdə ölkə mətbuatının ən çox üstünlük verdiyi mövzu siyasi proseslər idi. Bu səbəbdən belə bir nəslin nümayəndəsinin faciəsi yalnız yaxın insanlar arasında kədər olaraq yaşandı, cəmiyyətə məlumat az verildi və jurnalistlərin heç biri bu barədə geniş bir yazı dərc etmədi. Sadəcə dövlət qəzetlərində başsağlığı verildi.


Həyat yoldaşını (Leyla Bədirbəylinin ikinci həyat yoldaşı Kamil Aslanov Ukraynada yol qəzasında dünyasını dəyişib - red.), bir il keçməmiş qızını eyni faciə ilə itirən böyük sənətkarımız ağır sarsıntı keçirir və özünə qapılır. Lalə xanımın qəfil ölümü anasının da yaradıcı ömrünə son qoyur.

Mənbə axar.az

Oxşar Xəbərlər