Kriminal

Ağdərədə mikroavtobusla minik avtomobili toqquşub: Xeyli sayda yaralı var

28 Jun 2026, 11:42 1 baxış
Ağdərədə mikroavtobusla minik avtomobili toqquşub: Xeyli sayda yaralı var
Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən bildirir ki, "Mercedes" markalı mikroavtobus "Niva" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara təxliyə edilirlər. Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbi və xəsarət alanların dəqiq sayı müəyyənləşdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər