Kriminal

Bakıda azyaşlı mənzildə köməksiz vəziyyətdə qaldı: FHN əməliyyat keçirdi

28 Jun 2026, 10:36 2 baxış
Bakıda azyaşlı mənzildə köməksiz vəziyyətdə qaldı: FHN əməliyyat keçirdi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər