Maraqlı

Psixikanı məhv edən gündəlik stresin gizli səbəbi açıqlanıb

28 Jun 2026, 06:04 2 baxış
Psixikanı məhv edən gündəlik stresin gizli səbəbi açıqlanıb
"İşlə bağlı yazışma qruplarında daim əlçatan olmaq vərdişi emosional tükənməyə səbəb ola bilər". Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya psixoloq Aleksandra Yakovleva danışıb. Mütəxəssisin sözlərinə görə, xüsusilə messencerlərdə şəxsi həyatla iş arasındakı sərhədlərin aradan qalxması psixikaya ciddi təsir göstərir. Psixoloq izah edib ki, müasir rəqəmsal platformalar istifadəçinin diqqətini mümkün qədər uzun müddət saxlamaq üçün hazırlanıb: "Sosial şəbəkələr "dopamin tələləri" yaradır: hər yeni paylaşım, mesaj və ya bildiriş qısamüddətli həzz hissi yaradır və insanı yenidən telefona baxmağa sövq edir. İnsan gecə saatlarında belə iş mesajları ala bilər və nəticədə beyin daim yeni tapşırıqları gözləmə vəziyyətində qalır". Mütəxəssis texnologiyaların psixi sağlamlığa mənfi təsirini azaltmaq üçün iş qruplarını yoxlamaq üçün dəqiq vaxt məhdudiyyətləri müəyyənləşdirməyi, vaxtaşırı ekranlardan tamamilə uzaq qalmağı, fiziki aktivliyə daha çox vaxt ayırmağı və yaxınlarla üz-üzə ünsiyyəti artırmağı tövsiyə edib. Ekspert bildirib ki, məhz canlı ünsiyyət və qısamüddətli də olsa rəqəmsal informasiya axınından uzaqlaşmaq beynin bərpasına kömək edir və gündəlik stresin səviyyəsini azaldır.
Mənbə oxu.az

Oxşar Xəbərlər