Dünya

ABŞ-nin Yuta ştatında meşə yanğınları: Fövqəladə vəziyyət elan edildi - VİDEO

27 Jun 2026, 23:24 1 baxış
ABŞ-nin Yuta ştatında meşə yanğınları: Fövqəladə vəziyyət elan edildi - VİDEO
ABŞ-nin Yuta ştatında 290 kvadrat kilometr ərazini əhatə edən meşə yanğını ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

"Son beş ildə Yutada belə hava şəraiti ilə bağlı 48 saatlıq kritik dövr olmayıb", - deyə meteoroloq Ceyson Straub bildirib. Yanğın ştatın az məskunlaşmış cənub hissəsini əhatə edib. Küləyin sürəti saniyədə 20 metrə çatır, havanın rütubəti isə bir neçə faiz səviyyəsindədir ki, bu da yanğınla mübarizəni praktiki olaraq mümkünsüz edir. Bir gün əvvəl aviasiya məcburən uçuşları dayandırıb. Alov ağacların tacları boyunca yayılmaqda davam edir. Nəticədə Biver dairəsində yerləşən "Eagle Point" xizək kurortundan insanlar təxliyə edilib, yaşayış məntəqələri boşaldılıb, Merisveyl şəhəri tüstüyə qərq olub. Təhlükəyə cavab olaraq Yuta qubernatoru Spenser Koks Müstəqillik Günü ərəfəsində atəşfəşanlıqların keçirilməsini qadağan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər