Dünya

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1 400 nəfəri ötdü

27 Jun 2026, 23:36 1 baxış
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1 400 nəfəri ötdü
İyunun 24-də Venesuelada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 1 400 nəfəri ötüb. Oxu.Az xəbər verir ki, bu barədə "ElDiario" portalı Milli Assambleyanın sədri Xorxe Rodrigeslə söhbətinə istinadən məlumat yayıb. Təqdim olunan məlumatlara görə, rəsmi olaraq 1 430 nəfərin öldüyü təsdiqlənib, daha 3 238 nəfər xəsarət alıb. Bundan əlavə, 3 142 zərərçəkmiş ailə evsiz qalıb və hazırda xüsusi sığınacaqlarda yardım alır. Xatırladaq ki, iyunun 24-də axşam Venesuelada 7.2 və 7.5 bal gücündə iki yeraltı təkan baş verib. Onların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib.
Mənbə oxu.az

Oxşar Xəbərlər