Dünya
Danimarkada son 150 ilin ən isti günü qeydə alındı
İyunun 27-də Danimarkada müşahidələrin aparıldığı 150 ildən çox müddətdə ən yüksək temperatur qeydə alınıb, termometrin göstəricisi 36.6 dərəcəyə çatıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Danimarka Meteorologiya İnstitutunun bəyanatına istinadən məlumat yayıb. "Odense şəhərinin şimalında 36.6 dərəcə temperaturla 1874-cü ildən bəri müşahidələr tarixində ən isti gün qeydə alınıb", - deyə bəyanatda bildirilib. Bundan əvvəlki rekord 1975-ci ilin avqustunda Yutlandiyanın qərb hissəsindəki Holstebru şəhərində qeydə alınmış 36.4 dərəcə temperatur idi.
Mənbə
oxu.az