Kriminal

Şəkiyə sel gəldi, kəndlərlə əlaqə kəsildi

27 Jun 2026, 21:28 2 baxış
Şəkiyə sel gəldi, kəndlərlə əlaqə kəsildi

Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib.


Axar.az APA-ya istinadla xəbər verir ki, Şəkinin Baş Göynük və Baş Şabalıd kəndləri arasından keçən çaya sel gəlib. Güclü sel nəticəsində çaydan keçən yol su altında qalıb və hazırda yol bağlanıb. Nəticədə Baş Şabalıd kəndinin şəhər və ətraf kəndlərlə əlaqəsi kəsilib.


Cunud kəndi ilə də əlaqə kəsilib. Şəkinin Kiş kəndindən yuxarıdakı istirahət mərkəzlərinə gedən kiçik körpü də dağılmaq üzrədi.


Bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Mənbə axar.az

Oxşar Xəbərlər