Dünya
İsrail razılaşmadan bir gün sonra Livanın cənubuna raket zərbəsi endirdi
İsrail Livanın cənubunda yaşayış məntəqəsinə raket zərbəsi endirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Livanın MTV telekanalı məlumat verib. Məlumata görə, İsrail PUA-sı Yuxarı Nəbati bölgəsinə zərbə endirib. Qeyd edək ki, bir gün əvvəl İsrail və Livan Vaşinqtonda Livandakı münaqişəyə son qoya biləcək çərçivə sazişi barədə razılığa gəliblər.
Mənbə
oxu.az