Dünya

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi: Mülki şəxslər evlərinə qaytarılıblar

27 Jun 2026, 16:14 2 baxış
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi: Mülki şəxslər evlərinə qaytarılıblar
Kursk vilayətinin beş sakini də daxil olmaqla, yeddi mülki şəxs Ukrayna ərazisindən Rusiyaya qaytarılıb. Oxu.Az-ın İzvestiya.ru-ya xəbərinə görə, bu barədə Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova məlumat verib. Məlumata görə, Ukrayna tərəfi ilə birgə humanitar işlər çərçivəsində rusiyalıların evlərinə qaytarılması təmin olunub. Xatırladaq ki, iyunun 26-da Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi baş tutub, 160 rus hərbçisi Ukrayna əsirliyindən qaytarılıb, qarşılıqlı şəkildə Ukrayna Silahlı Qüvvələrinin 160 hərbçisi təhvil verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər