Dünya
Ukrayna ordusuna məxsus döyüş təyyarəsi qəzaya uğradı
Ukrayna ordusunun "MiQ-29" qırıcısı Poltava vilayətində qəzaya uğrayıb. Oxu.Az-ın məlumatına görə, bu barədə Ukrayna SQ-nin Hərbi Hava Qüvvələrindən bildiriblər. "27 iyun 2026-cı il gecəsi Poltava vilayətində döyüş tapşırığını yerinə yetirən Ukrayna Silahlı Qüvvələrinə məxsus "MİQ-29" qırıcısı ilə əlaqə itib. Təyyarənin itirildiyini təsdiqləyirik", - deyə məlumatda qeyd edilib. Məlumatlara əsasən, pilot katapult edərək xilas olmağı bacarıb. Hazırda təyyarənin qəzaya uğrama səbəblərinin araşdırıldığı bildirilir.
Mənbə
oxu.az