Dünya

Paşinyanın yeni mətbuat katibi kim olacaq? - FOTO

27 Jun 2026, 15:26 1 baxış
Paşinyanın yeni mətbuat katibi kim olacaq? - FOTO
Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat xidmətinə 26 yaşlı Melanya Harutyunyan rəhbərlik edəcək. Oxu.Az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat dərc edib.
Nəşr yazır ki, Melanya Harutyunyan, hakim "Vətəndaş Sazişi" partiyasının Gənclər Strukturu Şurasının katibidir və Ermənistan baş nazirinin bütün seçkiqabağı kampaniyası boyu onu səfərlərdə və seçicilərlə görüşlərdə müşayiət edib. Melanya Harutyunyan Nikol Paşinyanın hazırkı mətbuat katibi Nazeli Baqdasaryanı əvəz edəcək. N.Baqdasaryanın isə parlamentdə deputat mandatı qazanacağı bildirilir. Qeyd edək ki, o bu vəzifədə təxminən 4 il çalışıb. Ondan əvvəl isə parlamentin deputatı olub, daha sonra respublikanın Şirak vilayətinin qubernatoru vəzifəsində işləyib.
Paşinyanın yeni mətbuat katibi kim olacaq? - FOTO Paşinyanın yeni mətbuat katibi kim olacaq? - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər