Dünya
Kadir İnanırın ölüm xəbəri sənət dünyasını yasa boğdu: "Sən həmişə "Alyazmalı"nın qəlbində olacaqsan" - FOTO
Türkiyənin məşhur filmləri "Selvi boylum, al yazmalım"ın "İlyas"ı, "Tatar Ramazan"ın üsyankar ruhu, "Dila hanım"ın "Karadağlı Rıza"sı, "Kara Gözlüm"ün "Şopen"i kimi obrazları canlandıran Yeşilçamın son "yaraşıqlı kişisi" olan Kadir İnanır 77 yaşında vəfat edib. Aktyorun ölümü sənət dünyasını yasa boğub. Bir çox məşhurlar başsağlığı mesajlarını dərc ediblər. Bu barədə Oxu.Az "Hürriyet"ə istinadən xəbər verir. "Günlərlə ümidlə sağlamlığınla bağlı xəbər gözləyərkən, təəssüf ki, kədərli xəbərini aldıq, inanmaq istəmədim... Sən bir baxışa min məna sığdıran, ən gözəl gülən insan... Film çəkilişləri zamanı nə qədə anlar paylaşdıq, nə qədər xatirələr topladıq... Sənin kinodakı işığın heç vaxt sönməyəcək. Kinomuz var olduqca, sən hər zaman var olacaqsan və "Alyazmalı"nın qəlbində olacaqsan..." - deyə aktrisa Türkan Şoray yazıb.
"Səni tanıdığım zaman 11 yaşında idim. Mən kinoya gəldiyim zaman yenidən yollarımız kəsişdi və birlikdə 10 film çəkdik. Məni necə qoruduğunu və necə qayğı göstərdiyini heç vaxt unutmadım. Səni qəlbimdə saxlayıram... Mələklər yoldaşın olsun, sənə işıq olsun", - deyə aktrisa Perihan Savaş bildirib.
"Həqiqətən, çox kədərliyəm... Türk kinosunun unudulmaz ulduzlarından biri, dəyərli Kadir İnanırı itirməyin dərin kədərini yaşayıram. Şəxsiyyəti, zərifliyi, davranışı, peşəsinə hörməti və geridə qoyduğu bir-birindən dəyərli əsərləri ilə türk kinosunda daim yaşayacaq", - deyə aktrisa Harika Avcı yazıb.
"Əziz Kadir, illərdir eyni ekranı, eyni həyəcanı və eyni sənət olan sevgini paylaşdıq. Duruşun, sənətinə olan bağlılığın və unudulmaz obrazların türk kinosunun ən qiymətli miraslarından biri kimi yaşamağa davam edəcək. Səni tanıdığım və eyni yolu yeridiyim üçün hər zaman böyük şərəf duymuşam. Daim qəlbimdə sevgi və hörmətlə yaşayacaqsan", - deyə aktrisa Hülya Koçyiğit qeyd edib.
"Bəzi vidalar təkcə bir insanı deyil, bütöv bir dövrü də özü ilə aparır. Paylaşdığımız illər, eyni çərçivələrə sığan xatirələr və geridə qoyduğun izlər heç vaxt silinməyəcək. Səni daim sevgi və həsrətlə xatırlayacağıq. Nur içində yat", - deyə aktrisa Nebahat Çehre yazıb.
"Türk kinosu çox dəyərli bir əfsanəni, usta bir aktyoru itirdi. Çox kədərliyəm... Saysız-hesabsız filmləri ilə qəlblərimizdə yaşamağa davam edəcək və şübhəsiz ki, yeri heç vaxt dolmayacaq. Nur içində, işıq içində yatsın", - deyə müğənni Tarkan bildirib.
"Kinomuza verdiyiniz unudulmaz əsərlər, zərifliyiniz və qoyduğunuz iz əbədi yaşayacaq. Xatirələrimizdə və qəlblərimizdə həmişə çox özəl bir yeriniz olacaq", - deyə müğənni Ajda Pekkan yazıb.
"Hörmətli ağsaqqalımız, kinomuzun nəhəngi Kadir İnanırın məkanı cənnət olsun. Qəlblərdə yaşayacaq, unudulmayacaq", - deyə aktyor Cem Yılmaz qeyd edib.
"Bu gün təkcə böyük aktyoru deyil, həm də eyni çəkiliş meydançasını, eyni kameranı, eyni həyəcanı paylaşdığım çox dəyərli bir həmkarımı və dostumu yola salıram. Çox kədərliyəm. Peşəsinə olan sevgisi, duruşu, insanlığı və qoyduğu iz heç vaxt unudulmayacaq. Səninlə eyni kadrı paylaşmaq mənim üçün həmişə böyük şərəf olaraq qalacaq. Əlvida, əziz Kadir... Nurun heç sönməsin. Məkanın cənnət olsun", - deyə aktrisa Serpil Çakmaklı bildirib.
"Kamalın çox azsaylı əsl dostlarından birini itirmək çətindir. Türk kinosu qeyri-adi bir aktyoru, dostlarını sevən bir bəyi itirdi. Canım dostum, gülə-gülə. Çox yaxşı bilirəm, ölümsüzlər siyahısının başında yaşayacaqsan", - deyə məşhur aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal yazıb.
"Əlvida, yaraşıqlım. Sənə olan heyranlığım heç vaxt bitməyəcək. Mənim əvəzimə atamı qucaqla, olarmı?" - deyə məşhur aktyor Kemal Sunalın oğlu Ali Sunal yazıb.
"Göydən daha bir ulduz axdı. Ardında unudulmaz filmlər, gözəl xatirələr və geniş bir miras qoydun", - deyə aktrisa Melek Baykal bildirib.
"Əfsanələr ölmürlər. Filmləri ilə, duruşu və unudulmaz obrazları ilə daim yaşamağa davam edəcək", - deyə aktyor Behzat Uyğur yazıb.

Mənbə
oxu.az