Dünya
ABŞ-nin Yuta ştatında fəlakət: Bir həftədir yanğını söndürə bilmirlər - VİDEO
ABŞ-nin Yuta ştatında meşə yanğınlarını artıq altıncı gündür söndürə bilmirlər. Oxu.Az xəbər verir ki, bu barədə "AP News" məlumat yayıb.
Qeyd olunur ki, fəlakət bölgəsində alovla mübarizə aparmaq üçün hazırda 1 000-dən artıq yanğınsöndürən cəlb edilib. Yanğın bazar ertəsi Yuta ştatının Kottonvud şəhərinin yaxınlığında başlayıb və artıq 29 min hektarı əhatə edir. İsti hava və güclü külək səbəbindən alov sürətlə yayılır. Ərazidə təxliyə elan olunub. Yanğına insan amilinın səbəb olduğu deyilir. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bu, Yuta ştatının tarixində qeydə alınan ən genişmiqyaslı meşə yanğını olaraq tarixə düşə bilər.

Mənbə
oxu.az