Kriminal
Şabranda itkin düşən kişinin göldə meyiti tapıldı
Şabran rayonunda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb. Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Hacıqaraqaşlı kəndində baş verib. Məlumata görə, itkin düşən Çölquşçu kənd sakini, 1974-cü il təvəllüdlü Kamil Mirzəyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kənddə yerləşən göldə tapılıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az