Dünya
ABŞ hökuməti "Anthropic"in süni intellekt modelinə qoyulan qadağanı qismən aradan qaldırdı
ABŞ hökuməti "Anthropic" şirkətinin "Claude Mythos 5" süni intellekt modelindən məhdud istifadəyə icazə verib. Oxu.Az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb. "Semafor" nəşrinin yaydığı məlumata görə, rəsmi Vaşinqton "Anthropic" şirkətinə 100-dən çox ABŞ təşkilatı, eləcə də dövlət qurumu üçün bu süni intellekt modelinə çıxış imkanı yaratmağa icazə verib. Şirkət rəsmiləri qadağa siyahısında qalan digər - "Fable 5" modeli üzərindəki məhdudiyyətlərin də aradan qaldırılması üçün ABŞ hakimiyyət orqanlarına müraciət etməyə davam edəcəklərini bildiriblər. Qeyd edək ki, sözügedən modelə giriş iyun ayının ortalarında dayandırılmışdı. Xatırladaq ki, təxminən iki həftə öncə ABŞ administrasiyası hər iki süni intellekt modelinə qarşı ixrac nəzarəti mexanizmlərini işə salmışdı. Bu addım "Amazon" və digər korporasiyaların həmin modellərin haker hücumlarına məruz qala biləcəyi və cinayətkar məqsədlərlə istifadə ediləcəyi barədə xəbərdarlıqlarından sonra atılmışdı. ABŞ Ticarət naziri Hovard Latnik isə aydınlaşdırıb ki, Amerika rəsmiləri hazırda şirkətin lazımi təhlükəsizlik qaydalarına əməl etdiyinə artıq tam əmin olublar.
Mənbə
oxu.az
Oxşar Xəbərlər