Kriminal

ABŞ-də dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI: "Birinə atəş açmısansa, işi mütləq bitirməlisən"

27 Jun 2026, 13:02 3 baxış
ABŞ-də dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI: "Birinə atəş açmısansa, işi mütləq bitirməlisən"
ABŞ-də 18 yaşlı gənc oğurlanmış qulaqlıqlarına görə sinif yoldaşını qətlə yetirdiyini etiraf edib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "People" nəşri yayıb. Qətl hadisəsi 24 may 2023-cü il tarixində "Oliver Citywide Academy" xüsusi təhsil müəssisəsinin binası qarşısında baş verib. Cinayəti törədən şəxsin o zaman cəmi 15 yaşı olub. Sinif yoldaşının dərsə adətən hamıdan tez gəldiyindən xəbərdar olan yeniyetmə anasına məxsus odlu silahı götürərək onu giriş qapısında pusub. O, qurbanına yaxınlaşaraq silahındakı bütün güllələr tükənənədək atəş açıb, daha sonra isə yaralı vəziyyətdə olan zərərçəkəni təpikləməyə başlayıb. Ağır yaralanan məktəbli çatdırıldığı xəstəxanada ölüb. Məlumata görə, dindirmə zamanı gənc etiraf edib ki, sinif yoldaşını qətldən iki gün əvvəl onun qulaqlıqlarını götürdüyünə görə öldürüb. Güllələnmədən sonra yaralını niyə döydüyü ilə bağlı verilən suala isə təqsirləndirilən şəxs gülərək, "Əgər birinə atəş açmısansa, başladığın işi mütləq bitirməlisən" cavabını verib. Qeyd edək ki, məhkəmənin yekun qərarı iyul ayının 29-da elan ediləcək. Gənci 35 illik və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Mənbə oxu.az

Oxşar Xəbərlər