Dünya

Volqoqradda "İskəndər" raket istehsalı zavodu "Flamingo" raketləri ilə vuruldu - VİDEO

27 Jun 2026, 11:20 2 baxış
Volqoqradda "İskəndər" raket istehsalı zavodu "Flamingo" raketləri ilə vuruldu - VİDEO
Ötən gecə Rusiyanın Volqoqrad şəhərinə raket hücumu olub. Sakinlər partlayışlar, eləcə də raketlər yerə düşdükdən sonra baş verən yanğın barədə bildiriblər. Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna KİV məlumat verib. OSINT analitiklərinin məlumatına görə, Rusiyaya məxsus "İskəndər-M", "Topol-M" və "Yars" raket qurğuları istehsal edən və Rusiyanın hərbi sənaye kompleksinin əsas müəssisələrindən olan "Titan-Barrikadı" zavoduna hücum edilib. Eyni zamanda, sosial şəbəkədə hücum zamanı raketin uçduğu anları əks etdirən videogörüntülər də paylaşılıb. Bildirilir ki, böyük ehtimal, zərbələr Ukraynanın uzaqmənzilli "Flamingo" qanadlı raketləri tərəfindən həyata keçirilib.



Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov şənbəyə (27 iyun) keçən gecə Ukrayna raketlərinin Volqoqrada hücum etdiyini və nəticədə sənaye müəssisəsinə zərər dəydiyini təsdiqləyib. "Volqoqradın Krasnooktyabrsk rayonundakı müəssisələrindən birinin istehsal obyektlərinə ziyan dəyib. Hazırda on nəfərin xəsarət aldığı məlumdur", - deyə Boçarov bildirib. Məhz bu rayonda da "Titan-Barrikadı" yerləşir.
Mənbə oxu.az

Oxşar Xəbərlər