Dünya

İsrail qüvvələri Livandan çıxır? - ABŞ Dövlət Departamenti sazişdə nəzərdə tutulan məqamları açıqladı

27 Jun 2026, 11:32 2 baxış
İsrail qüvvələri Livandan çıxır? - ABŞ Dövlət Departamenti sazişdə nəzərdə tutulan məqamları açıqladı
İsrail və Livan arasında nizamlanma üzrə çərçivə sazişi İsrail qüvvələrinin tədricən Livandan çıxarılmasını nəzərdə tutur. Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ, İsrail və Livan rəsmiləri tərəfindən Vaşinqtonda imzalanan və ABŞ Dövlət Departamenti tərəfindən dərc edilən sənədin mətnində məlumat verilib. Sazişdə qeyd olunur ki, İsrail hökuməti və Beyrut münaqişəyə son qoymaq və onun kökündə dayanan səbəbləri aradan qaldırmaq niyyətindədirlər. Tərəflər Livan Silahlı Qüvvələrinin bütün Livan ərazisi üzərində effektiv suveren nəzarətini bərpa etməsini, eləcə də Livanda qeyri-hökumət qruplaşmalarının tərk-silah edilməsinə və respublikada onlarla əlaqəli infrastrukturun məhv edilməsinə səy göstərəcəklərini razılaşdırıblar. Sazişdə bildirilir ki, bu, İsrail qüvvələrini Livan ərazisindən tədricən çıxarmağa imkan verəcək. Ehtimal edilir ki, bu mərhələli proseslə bağlı detallar ABŞ-nin tam dəstəyi ilə hazırlanmış əlavədə əksini tapacaq. Bu əlavədə, əsasən, təhlükəsizlik tədbirləri və yoxlama mexanizmləri razılaşdırılacaq. Tərəflər Livan ərazisində iki zona müəyyən ediblər ki, bu zonalar üzərində nəzarəti İsrail qüvvələri tədricən Livan qüvvələrinə təhvil verəcəklər. Məhz hansı ərazilərdən söhbət getdiyi isə bildirilməyib. Sənəddə göstərildiyinə görə, Livan hökuməti bütün öz ərazisi üzərində suverenliyin tam bərpa edilməsi və qorunması üzrə öz güclü və sarsılmaz öhdəliyini təsdiqləyir. İsrail hökuməti bəyan edir ki, Livandakı silahlı qruplaşmaların, o cümlədən "Hizbullah" hərəkatının yaratdığı təhlükənin aradan qaldırılması gələcəkdə hərbi əməliyyatların və ya respublika ərazisində İsrail Müdafiə Qüvvələrinin mövcudluğunun saxlanılmasına olan zərurəti ortadan götürəcək. Xatırladaq ki, iyunun 26-da ABŞ dövlət katibi Marko Rubio İsrail və Livanın Vaşinqtondakı səfirləri Yehiel Leyter və Nada Hammade-Muavvad ilə birlikdə beş raund danışıqlardan sonra tərəflər arasında əldə edilən çərçivə sazişini elan ediblər. Onlar qeyd ediblər ki, bu sənəd İsrail ilə İranın dəstəklədiyi "Hizbullah" təşkilatı arasındakı münaqişədən sonra sülhə yol açır.
Mənbə oxu.az

Oxşar Xəbərlər