Dünya
Venesuela faciədən özünə gəlməmiş daha bir şok yaşadı
Venesuelanın Araqua ştatının sahillərində 4.9 bal gücündə zəlzələ baş verib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib. Zəlzələnin episentri üç milyondan çox insanın yaşadığı Karakasdan 80 km şimal-qərbdə, ocağı isə 35 km dərinlikdə yerləşib. Xəsarət alanlar və ya dağıntılar barədə hələ ki məlumat daxil olmayıb. Xatırladaq ki, iyunun 24-də axşam Venesuelada 7.2 və 7.5 bal gücündə iki yeraltı təkan baş verib. Onların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Son məlumatlara görə, həmin zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 920 nəfərə çatıb, 3.3 mindən çox insan xəsarət alıb.
Mənbə
oxu.az