Kriminal

Kadir İnanır vəfat etdi

26 Jun 2026, 19:50 1 baxış
Kadir İnanır vəfat etdi

Türkiyənin məşhur aktyoru Kadir İnanır 77 yaşında vəfat edib.


Kult.az xəbər verir ki, bu barədəTürkiyə mətbuatı məlumat yayıb.


Məlumata görə, aktyor mayın 15-də səhhətində yaranan problem səbəbindən İstanbulun Beşiktaş rayonundakı xəstəxanalardan birinə yerləşdirilib. İlkin tibbi müdaxilədən sonra həkimlərin qərarı ilə o, reanimasiya şöbəsinə köçürülüb.


Aparılan müayinələr nəticəsində K.İnanıra pnevmoniya diaqnozu qoyulub. Səhhəti ağırlaşdığından aktyor süni tənəffüs aparatına qoşulub.


Həkimlərin bütün səylərinə baxmayaraq, əfsanəvi aktyorunun həyatını xilas etmək mümkün olmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər