Kriminal

Şirvan kanalında batan gəncin meyiti tapıldı - VİDEO

26 Jun 2026, 18:38 3 baxış
Şirvan kanalında batan gəncin meyiti tapıldı - VİDEO
Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində batan 23 yaşlı gəncin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, 2003-cü il təvəllüdlü Rəvan Vaqif oğlu Məhərrəmovun meyiti batdığı ərazidən FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin köməyi ilə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Oxu.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb ediliblər.

Hazırda vətəndaş - 2003-cü il təvəllüdlü Rəvan Vaqif oğlu Məhərrəmovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir. Əlavə məlumat veriləcək. İsmayıllı sakini kanalda boğulub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, boğulan 2003-cü il təvəllüdlü Rəvan Məhərrəmov İsmayıllı rayonu, Qubaxəlilli kənd sakinidir. O, Şirvan kanalının Qubaxəlilli kəndi ilə Kürdəmirin birləşən hissəsində batıb. R.Məhərrəmovun axtarışları davam etdirilir. Aqil Vəlili
Mənbə oxu.az

Oxşar Xəbərlər