Kriminal

Ağcabədidə ağır avtoqəza: Ölən var

26 Jun 2026, 09:52 3 baxış
Ağcabədidə ağır avtoqəza: Ölən var
Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Belə ki, Qara Ramil oğlu Həsənovun idarə etdiyi "Hyundai" markalı avtomobil Amil Allahyar oğlu Bəylərovun idarə etdiyi KIA markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, A.Bəylərovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər