Cəmiyyət

Muxtar Babayev BMT-nin baş katibi ilə görüşdü

25 Jun 2026, 20:15 2 baxış
Muxtar Babayev BMT-nin baş katibi ilə görüşdü

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Londonda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.


Axar.az xəbər verir ki, M.Babayev bu barədə X sosial şəbəkə hesabında yazıb.


"London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreşlə görüşməkdən məmnunam", - o bildirib.


Görüşdə COP29 nəticələrinin icrası, COP31-ə hazırlıq müzakirə edilib.


"İqlim öhdəliklərini konkret nəticələrə çevirmək üçün metan emissiyalarının azaldılmasının sürətləndirilməsi, iqlim maliyyəsinin miqyasının artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi apardıq", - M.babayev əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər