Cəmiyyət

Aldığı ev sakinin başına iş açdı: "Dedi ki, sübut edə bilməyəcəksən" - VİDEO

25 Jun 2026, 19:06 1 baxış
Aldığı ev sakinin başına iş açdı: "Dedi ki, sübut edə bilməyəcəksən" - VİDEO
Baku TV-nin qaynar xəttinə müraciət edən paytaxt sakini Müslüm Paşayev iddia edir ki, 2021-ci ildə sənədsiz ev alıb və həmin ünvana aid kommunal xidmətləri öz adına keçirərək ödəməyə başlayıb. Lakin sonradan məlum olub ki, evin əvvəlki sahibi hələ də həmin ünvanda qeydiyyatda qalır.

İddiaçı bildirir ki, əvvəlki ev sahibi qeydiyyatdan çıxmaq üçün ondan pul tələb edir, əks halda, ünvan üzrə qeydiyyatdan çıxmaqdan imtina edir: "2021-ci ildə 18 kvadratmetrlik, birotaqlı ev almışam. 2025-ci ildə şəhərsalma nümayəndələri yaxınlaşıb bildirdilər ki, bina qəzalı vəziyyətdədir və söküntüyə gedəcək, sənədlərinizi hazırlayın, kompensasiyanızı alın. Sənədləri toplamaq üçün müraciət etdikdə məlum oldu ki, ev başqa şəxsin adına qeydiyyatdadır. Bununla bağlı həmin şəxslə əlaqə saxladım və qeydiyyatdan çıxmasını xahiş etdim. O isə bildirdi ki, evi ucuz satıb. Qeydiyyatdan çıxmaq üçün məndən əlavə 10 min manat tələb etdi. Dedi ki, evin alqı-satqısı rəsmi qaydada aparılmadığı və ev sənədsiz olduğu üçün bunu sübut edə bilməyəcəyəm". Məsələ ilə bağlı Səbail Rayon Məhkəməsində proses başlayıb. Müslüm Paşayev bildirir ki, məhkəmə ilkin mərhələdə onun evdən çıxarılmasına qadağa qoyub. Lakin sonradan qarşı tərəfin vərəsəliklə bağlı iddia qaldırdığı və işin dayandırılmasının tələb edildiyi bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər