Dövlət sifarişi ilə oxuyacaq tələbələrin sayı açıqlandı
Azərbaycanda ali təhsil müəssisələrinə qəbul göstəricilərində həm bakalavriat, həm də magistratura səviyyələrində faktiki qəbul sayında əhəmiyyətli artım qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bakalavriat səviyyəsi üzrə son dörd il ərzində faktiki tələbə qəbulu 18 faiz artıb:
"2025/2026-cı tədris ilində bu təhsil səviyyəsi üzrə 61 420 plan yerindən 60 860 nəfər ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da plan yerlərinin 98.4%-nin faktiki olaraq doldurulduğunu göstərir.
Qəbul olunan tələbələrdən 28 421 nəfər dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb.
Magistratura səviyyəsinə tələbə qəbulunda da son illərdə artım dinamikası müşahidə olunur.
Belə ki, 2021/2022-ci tədris ilində 10 484 nəfər olan faktiki qəbul 2025/2026-cı tədris ilində 14 335 nəfərə çatıb, bu da 3 079 nəfər və ya təxminən 29.4% artım deməkdir.
2025/2026-cı tədris ilində magistratura səviyyəsi üzrə 17 860 plan yerindən 14 335 nəfər ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da plan göstəricisinin 76%-nin faktiki olaraq təmin edildiyini göstərir.
2025/2026-cı tədris ilində magistratura səviyyəsində 6 674 nəfər (37.4%) dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb".