Cəmiyyət

Bu gün general adı alan Rzayevin ləqəbi…

25 Jun 2026, 19:49 1 baxış
Bu gün general adı alan Rzayevin ləqəbi…

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.


Axar.az xəbər verir ki, təltif edilənlər arasında olan Quru Qoşunları Artilleriya İdarəsinin rəisi Gülməmməd Tofiq oğlu Rzayevlə bağlı maraqlı fakt yayılıb.


Belə ki, siyasi şərhçi Asif Nərimanlının bildirdiyinə görə, “Div” ləqəbli Rzayev Vətən müharibəsində artilleriyanı indiki Zəfər yolundan (həmin vaxt oradan yol keçmirdi) keçirərək, Daşaltına aparılması əmrini verib.


“Müharibə vaxtı da yazmışdım: əgər ona artilleriyanı Murov dağına qaldır əmri verilsəydi, bunu da edərdi”, - deyə o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər