Cəmiyyət
Sabirabadda iki minik avtomobili toqquşdu: Ölən və xəsarət alanlar var
Sabirabadda iki minik avtomobilinin toqquşması ölümlə nəticələnib. Oxu.Az xəbər verir ki, hadisə Qarağac kəndi ərazisində qeydə alınıb. Belə ki, Sabirabad sakini, 1975-ci il təvəllüdlü Bəyanət İbadovun idarə etdiyi VAZ-2107 markalı, 77-TB-187 dövlət nömrə nişanlı avtomobillə İmişli sakini, 1998-ci il təvəllüdlü Rəvanə Nəsirlinin idarə etdiyi "Nissan" markalı, 77-CB-690 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza nəticəsində VAZ-2107-nin sürücüsü hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişin, 1987-ci il təvəllüdlü Sabirabad sakini Arif Paşayev, həmçinin "Nissan"ın sürücüsü Rəvanə Nəsirli, onun 2016-cı il təvəllüdlü övladı və 1991-ci il təvəllüdlü Ülviyyə Azadova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az