Cəmiyyət

Dövlət Proqramında İLK: Sənəd qəbulunda süni intellekt tətbiq edillir

25 Jun 2026, 17:48 2 baxış
Dövlət Proqramında İLK: Sənəd qəbulunda süni intellekt tətbiq edillir
Dövlət Proqramına sənəd qəbulu prosesində ilk dəfə süni intellekt texnologiyalarının tətbiqinə başlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib: "2026/2027-ci tədris ili üçün Dövlət Proqramına müraciət edən namizədlərin sənədlərinin ilkin yoxlanılması mərhələsində süni intellekt əsaslı həllərdən istifadə edilir. Yeni yanaşma müraciətlərin daha operativ emal olunmasına, sənədlərdəki texniki uyğunsuzluqların qısa müddətdə müəyyənləşdirilməsinə və qiymətləndirmə prosesinin səmərəliliyinin artırılmasına imkan yaradır". Bildirilib ki, süni intellekt texnologiyalarının tətbiqi insan resurslarına düşən iş yükünü də əhəmiyyətli dərəcədə azaldır. Bununla yanaşı, proseslərin daha çevik və effektiv idarə olunmasına şərait yaradaraq Dövlət Proqramına qəbul mexanizminin müasir texnoloji həllərlə təkmilləşdirilməsinə töhfə verir.
Mənbə oxu.az

Oxşar Xəbərlər