Cəmiyyət

Ölümündən sonra təltif olunan şəhid polkovnik-leytenantlar - FOTO

25 Jun 2026, 17:50 10 baxış
Ölümündən sonra təltif olunan şəhid polkovnik-leytenantlar - FOTO
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Oxu.Az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş polkovnik-leytenant Rasim Yaqub oğlu Abdullayev, Rəşad Saləddin oğlu Atakişiyev, Qərib İnqilab oğlu Baxşəliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunublar. Fotoda Rasim Yaqub oğlu Abdullayev
Fotoda Rəşad Saləddin oğlu Atakişiyev
Fotoda Qərib İnqilab oğlu Baxşəliyev
Ölümündən sonra təltif olunan şəhid polkovnik-leytenantlar - FOTO Ölümündən sonra təltif olunan şəhid polkovnik-leytenantlar - FOTO Ölümündən sonra təltif olunan şəhid polkovnik-leytenantlar - FOTO Ölümündən sonra təltif olunan şəhid polkovnik-leytenantlar - FOTO Ölümündən sonra təltif olunan şəhid polkovnik-leytenantlar - FOTO Ölümündən sonra təltif olunan şəhid polkovnik-leytenantlar - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər