Cəmiyyət

Quba sakinlərinin yol problemi: "Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq" - VİDEO

24 Jun 2026, 20:24 2 baxış
Quba sakinlərinin yol problemi: "Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq" - VİDEO
Quba rayonunun Zərqava kəndinin İnqilab məhəlləsində yaşayan sakinlər yol infrastrukturunun bərbad vəziyyətdə olmasından əziyyət çəkirlər. Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar aidiyyəti qurumlardan təcili kömək istəyirlər. Sakinlərdən biri qarşılaşdıqları çətinliyi belə ifadə edib: "Anamın vəziyyəti ağırlaşdı, yaşlı qadındır. Təcili yardım çağırdıq, lakin UAZ markalı avtomobil yolun bərbadlığı səbəbindən evimizə qədər gəlib çata bilmədi. Onu qucağımıza alaraq beş-altı nəfərlə kəndin mərkəzinə qədər apardıq, yalnız oradan xəstəxanaya çatdıra bildik".

Digər sakin isə yolların vəziyyətinin məktəblilər üçün də ciddi maneə yaratdığını qeyd edib: "Uşaqlar məktəbə gedə bilmirlər. Palçıqdan ayaqqabı da, paltar da yararsız hala düşür. Təcili yardım xəstəni vaxtında götürə bilmir. Bələdiyyəyə müraciət edəndə isə "özünüz həll edin" cavabını alırıq".
Mənbə oxu.az

Oxşar Xəbərlər