Cəmiyyət

Enerji Dialoqu Platforması çərçivəsində media nümayəndələri BANM-də olublar - FOTO

24 Jun 2026, 18:02 1 baxış
Enerji Dialoqu Platforması çərçivəsində media nümayəndələri BANM-də olublar - FOTO
23 iyun 2026-cı il tarixində Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələri üçün SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) məlumatlandırma sessiyası keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilib ki, əvvəlcə jurnalistlər BANM-in kampusu, müasir tədris infrastrukturu və laboratoriyaları ilə tanış olublar. Daha sonra keçirilən sessiyada İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəisi Ülkər Behbudovanın, BANM-in rektoru Elmar Qasımovun, Təlim, tədris və sertifikatlaşdırma idarəsinin rəisi Fuad Süleymanovun və Elm, texnika və nanotexnologiyalar departamentinin rəisi Nazim Vəliyevin təqdimat və çıxışları dinlənilib. Media nümayəndələrinə SOCAR tərəfindən neft kapitalının insan kapitalına çevrilməsi, enerji sektorunda inklüzivliyin artırılması, elm və təhsilin sənaye ilə inteqrasiyası, əməkdaşların səriştəliklərinin artırılması istiqamətlərində görülən işlər, əldə olunan nəticələr, eləcə də BANM-in fəaliyyəti, ali təhsil müəssisəsində təşkil olunan tədris prosesi barədə ətraflı məlumat verilib. Sonda xatirə fotosu çəkdirilib.
{{gallery}}
Enerji Dialoqu Platforması çərçivəsində media nümayəndələri BANM-də olublar - FOTO Enerji Dialoqu Platforması çərçivəsində media nümayəndələri BANM-də olublar - FOTO Enerji Dialoqu Platforması çərçivəsində media nümayəndələri BANM-də olublar - FOTO Enerji Dialoqu Platforması çərçivəsində media nümayəndələri BANM-də olublar - FOTO Enerji Dialoqu Platforması çərçivəsində media nümayəndələri BANM-də olublar - FOTO Enerji Dialoqu Platforması çərçivəsində media nümayəndələri BANM-də olublar - FOTO Enerji Dialoqu Platforması çərçivəsində media nümayəndələri BANM-də olublar - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər