Maraqlı

Qeyri-sağlam qidalanmanın diz oynağı və bud əzələlərinə mənfi təsiri aşkarlandı

24 Jun 2026, 05:42 2 baxış
Qeyri-sağlam qidalanmanın diz oynağı və bud əzələlərinə mənfi təsiri aşkarlandı
Amerikalı alimlər müəyyən ediblər ki, kolbasa, sənaye istehsalı olan şirniyyatlar və energetik içkilərin müntəzəm istifadəsi bud əzələlərində yağ toplanmasını sürətləndirir və əzələ toxumasının keyfiyyətini pisləşdirir. xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu "Radiology" jurnalında dərc olunub. Qidalanmanın əzələ sağlamlığına təsiri məlum olsa da, əvvəlki tədqiqatlar əsasən zülal kimi faydalı maddələrə yönəlmişdi. Qeyri-sağlam qidaların zərərləri isə az öyrənilmişdi. Bu boşluğu doldurmaq üçün alimlər diz oynağı osteoartrozu riski yüksək olan 615 nəfərin məlumatlarını təhlil ediblər. Maqnit-rezonans tomoqrafiyası (MRT) vasitəsilə bud əzələlərindəki yağın miqdarı ölçülüb və iştirakçıların rasionu ilə müqayisə edilib. Məlum olub ki, ultraemal olunmuş (sənaye üsulu ilə hazırlanmış) qidaları tez-tez istifadə edənlərdə əzələlərin yağlanma səviyyəsi daha yüksəkdir. Maraqlıdır ki, bu mənfi təsir insanın ümumi kalori qəbulundan, yağlılıq dərəcəsindən, fiziki aktivliyindən və sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq özünü büruzə verir. Ultraemal olunmuş qidalara aşağıdakılar daxildir: - Dondurulmuş pizza və hazır yeməklər. - Şirin quru səhər yeməkləri və qablaşdırılmış qəlyanaltılar. - Kolbasa məmulatları və qənnadı məhsulları. - Qazlı və energetik içkilər. Belə qidaların tərkibində çoxlu sayda əlavələr, süni aromatizatorlar və rəngləndiricilər olur. Tədqiqat rəhbərləri qeyd edirlər ki, son onilliklərdə insanların rasionunda təbii məhsulların yerini sənaye üsulu ilə emal edilmiş qidaların alması piylənmə və osteoartrozun yayılmasına birbaşa təkan verir.
Mənbə oxu.az