Siyasət
Sahibə Qafarova Əli Xameneinin vida mərasimində iştirak edəcək
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi heyət İranın sabiq ali rəhbəri Əli Xameneinin vida mərasimində iştirak edəcək. Oxu.Az APA-ya istinadən xəbər verir ki, Əli Xameneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq. Qum şəhərində vida mərasimindən sonra ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq. Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər