Bayramov Saidovla danışdı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan xarici işlər naziri Bəxtiyar Saidovla telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə B.Saidov X hesabında məlumat yayıb.
Nazir bildirib ki, Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, həmçinin müxtəlif səviyyələrdə keçiriləcək qarşıdakı tədbirlərin qrafiki ilə bağlı fikir mübadiləsi aparılıb:
“Xüsusi diqqət qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və logistika, enerji və digər istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəldilib. Telefon danışığı zamanı ikitərəfli və çoxtərəfli gündəlikdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub”.