Siyasət

Bu ölkənin səfirinin Azərbaycanda fəaliyyəti başa çatdı

19 Jun 2026, 21:00 1 baxış
Bu ölkənin səfirinin Azərbaycanda fəaliyyəti başa çatdı

İyunun 19-da xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın Azərbaycandakı səfiri Əhməd Kamrizamil Bin Mohd Rza ilə ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.


Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Malayziya arasında dostluq və əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoqun inkişafı, qarşılıqlı səfərlərin və təmasların intensivləşdirilməsinin, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinin, enerji, təhsil, turizm, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın təşviqinin əhəmiyyətini vurğulayıblar.


Görüşdə Azərbaycan və Malayziya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər ölkələrimizin Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlığının, bu il və gələn il ölkəmizdə keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) sammitinin və İslam Əməkdaşlıq Təşkilatı sammitinin əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətini məmnunluqla qeyd ediblər.


Söhbət zamanı postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və regional əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.


Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər