Siyasət

Artur Piter Mutarika İlham Əliyevə məktub göndərdi

18 Jun 2026, 16:27 2 baxış
Artur Piter Mutarika İlham Əliyevə məktub göndərdi
Malavi Respublikasının Prezidenti Artur Piter Mutarika Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Oxu.Az President.az-a istinadən məktubun mətnini təqdim edir: "28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi Malavi Respublikasının Hökuməti və xalqı adından təbrik etməkdən məmnunam. Fürsətdən istifadə edərək ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə qarşıdakı illərdə də dərinləşməkdə davam edəcək. Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına davamlı firavanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".
Mənbə oxu.az

Oxşar Xəbərlər