Siyasət
İslam İnkişaf Bankı Qrupunun sədri Bakıdakı tədbirdə Məmməd Arazın şeirindən misralar səsləndirib
İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Bakıda keçirilən qurumun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində Xalq şairi Məmməd Arazın şeirindən misralar səsləndirib. Oxu.Az xəbər verir ki, o, Xalq şairinin bu misralarından çox təsirləndiyini deyib: "Ayağa dur, Azərbaycan, səninləyəm! Səndən qeyri biz hər şeyi bölə billik!" Məhəmməd Süleyman Əl-Casir bildirib ki, bu sözlər heç vaxt ümidini itirməmiş xalqın ruhunu əks etdirir: "Məhz həmin ruh Azərbaycanla tərəfdaşlığımızın əsasını təşkil edir".
Mənbə
oxu.az