Siyasət
Naxçıvanda "Qərbi Azərbaycana qayıdış" III festival-konqresi işə başlayıb - FOTO
Ordubad şəhərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış" III festival-konqresi keçirilir. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, festival-konqresin açılış tədbirində əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbirdə çıxışlar olacaq, Qərbi Azərbaycana həsr olunmuş kompozisiya, I və II "Qərbi Azərbaycana qayıdış" festival-konqresləri ilə bağlı videoçarx nümayiş etdiriləcək. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının "Qərbi Azərbaycan" layihəsinin, isveçli rejissor Mikael Silkeberqin "Yaddaşda yaşayan Vətən" filminin təqdimatları, Qərbi Azərbaycana həsr olunmuş sərgilərə baxış, konsert proqramı və panel müzakirələr nəzərdə tutulub.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər