Dünya
Dünya bazarında neft UCUZLAŞDI
ABŞ və İran arasında anlaşma memorandumunun imzalanması xəbərləri fonunda neftin ucuzlaşması müşahidə olunub. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:16-da Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 1.79 dollar (2.25%) ucuzlaşaraq bir barel üçün 77.76 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" markalı neftin qiyməti 0.59 dollar (0.75%) artaraq bir barel üçün 79.55 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 1.99 dollar (2.59%) azalaraq bir barel üçün 74.80 dollar olub. Əvvəlki sessiyada WTI markalı xam neft 0.74 dollar (0.97%) bahalaşaraq bir barel üçün 76.79 dollara satılmışdı.
Mənbə
oxu.az