Dünya

ABŞ-nin İrana qarşı əməliyyatında nə qədər vəsait xərclənib? - FOTO

18 Jun 2026, 09:24 1 baxış
ABŞ-nin İrana qarşı əməliyyatında nə qədər vəsait xərclənib? - FOTO
Amerika Birləşmiş Ştatlarının İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların xərcləri 113.3 milyard dollar təşkil edib. Oxu.Az xəbər verir ki, bu barədə "Iran War Cost Tracker" portalı məlumat yayıb. Sözügedən resurs Yaxın Şərqə göndərilmiş gəmilərin, hərbçilərin saxlanması və digər əlaqədar xərclərin hesablanmasını həyata keçirir. Hesablama metodologiyası ABŞ Müdafiə Nazirliyinin Konqresə təqdim etdiyi məruzəyə əsaslanır. Həmin sənəddə qeyd olunurdu ki, əməliyyatın ilk altı günü 11.3 milyard dollara başa gəlib, sonrakı günlərdə isə xərclər gündəlik 1 milyard dollar olub. "Iran War Cost Tracker"in yekun hesablamalarına əsasən, Yaxın Şərqdə 108 gün davam edən münaqişə amerikalılara təqribən 113.3 milyard dollara başa gəlib və artıq bu istiqamətdə xərclər artmır. İyunun 17-də ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla əldə olunan razılaşma Birləşmiş Ştatların nail olmaq istədiyi bütün məqsədlərə və hətta daha artığına çatdığını göstərir.
ABŞ-nin İrana qarşı əməliyyatında nə qədər vəsait xərclənib? - FOTO ABŞ-nin İrana qarşı əməliyyatında nə qədər vəsait xərclənib? - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər