Maraqlı

Sinqapurda qızını kastinqə aparan ana özü model seçildi

18 Jun 2026, 07:34 5 baxış
Sinqapurda qızını kastinqə aparan ana özü model seçildi
Sinqapur sakini qızına dəstək olmaq üçün model kastinqinə gəlib, lakin nəticədə özü agentliklə müqavilə bağlayıb. Bu barədə Oxu.Az "Mothership" nəşrinə istinadən xəbər verir. Məlumata görə, Tin adlı qadın 15 yaşlı qızı Anyanı model agentliyinin təşkil etdiyi kastinqdə müşayiət ediib. Söhbət zamanı qız anasının keçmişdə Çində model kimi çalışdığını bildirib. Bu məlumat agentlik direktorunun diqqətini çəkib. Tinin yaxınlıqda olduğunu öyrənən direktor qadını dinləmə zalına dəvət edib. Qadın dərhal xarici görünüşü ilə diqqəti cəlb edib. Kastinqə hazırlaşmadığını bildirsə də, ona podiumda defile də daxil olmaqla, seçimin bir neçə mərhələsindən keçmək təklif olunub. Bir neçə sınaq turundan sonra agentlik ona müqavilə təklif edib. Qızı Anya isə seçimlərdən keçə bilməyib. Tin baş verənlərin onun üçün tamamilə gözlənilməz olduğunu bildirib. Onun sözlərinə görə, o, yalnız qızına mənəvi dəstək olmaq üçün gəlib və model biznesinə qayıtmaq barədə heç düşünməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər