Dünya

Arxeoloqlar Xəzər sahilindəki sənətkarlıq mərkəzinin sirlərini üzə çıxarıblar - FOTO

18 Jun 2026, 04:00 3 baxış
Arxeoloqlar Xəzər sahilindəki sənətkarlıq mərkəzinin sirlərini üzə çıxarıblar - FOTO
Alimlər Xəzər dənizinin şərq sahilində, Qazaxıstanın Mangistau vilayətinin Tüpqaraqan rayonunda qədim metallurgiya, zərgərlik və şüşə istehsalına dair sübutlar, həmçinin Parfiya, Bizans və Çindən gətirilmiş zəngin sikkə kolleksiyası aşkar ediblər. Oxu.Az xəbər verir ki, bu barədə məlumat Qazaxıstan Elm və Ali Təhsil Nazirliyinin rəsmi saytında dərc olunub. Məlum olub ki, bölgədə yerləşən Karakabak şəhəri eramızın I-VI əsrlərində mövcud olub və dövrünün iri sənətkarlıq və ticarət mərkəzi kimi fəaliyyət göstərib. Qazıntılar zamanı aşkarlanan 150-dən çox sikkədən ibarət kolleksiya xüsusilə böyük tarixi əhəmiyyət daşıyır. Tapıntılar arasında Parfiya, Xarəzm, Soqdiana, İran, Bizans və Çinə məxsus sikkələr diqqət çəkir. Alimlərin fikrincə, İpək Yolunun qollarından biri Mangistau ərazisindən keçə bilərdi və Karakabak indiyədək elmə məlum olmayan Azov-Xəzər ticarət dəhlizinin əsas qovşaqlarından biri olub. Bu marşrut Xəzər dənizi, Şimali Qafqaz, Azov regionu, Volqa hövzəsi, Cənubi Ural, Mərkəzi Asiya və Yaxın Şərqi birləşdirirdi. Bundan başqa, Karakabakın qədim yunan coğrafiyaçısı Ptolemeyin xəritəsində qeyd olunan Aspabota şəhəri olması da ehtimal edilir. Bu tapıntılar Böyük Çölün yalnız köçəri tayfalara deyil, həm də inkişaf etmiş ticarət mərkəzlərinə ev sahibliyi etdiyini bir daha sübut edir.
{{gallery}}
Arxeoloqlar Xəzər sahilindəki sənətkarlıq mərkəzinin sirlərini üzə çıxarıblar - FOTO Arxeoloqlar Xəzər sahilindəki sənətkarlıq mərkəzinin sirlərini üzə çıxarıblar - FOTO Arxeoloqlar Xəzər sahilindəki sənətkarlıq mərkəzinin sirlərini üzə çıxarıblar - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər