Dünya
KİV: Dubayda "Emirates Financial Towers" göydələnində yanğın baş verib
Dubaydakı "Emirates Financial Towers" göydələninin yuxarı mərtəbələrində yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "Khaleej Times" qəzeti məlumat yayıb. Şahidlər binanın yuxarı mərtəbələrindən qalxan tüstü və alov gördüklərini bildiriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhər rəhbərliyinin nümayəndələri gəliblər. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Qəzet qeyd edir ki, yanğının başvermə səbəbləri hələlik müəyyən edilməyib.
Mənbə
oxu.az