Dünya
Rusiyada havaya qalxan təyyarənin mühərriklərindən biri sıradan çıxıb
Rusiyanın "Smartavia" aviaşirkətinə məxsus təyyarə Soçidə havaya qalxdıqdan sonra mühərriklərdən biri sıradan çıxıb. Oxu.Az xəbər verir ki, bu barədə "Aviatorşina" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Soçi-Arxangelsk reysini yerinə yetirən "Boeing 737-800" (RA-73656) təyyarəsinin ekipajı Qara dəniz üzərində fövqəladə vəziyyət siqnalı verib. Pilotlar mühərriklərdən birinin sıradan çıxdığını bildiriblər. Qeyd olunur ki, hava gəmisinin komandiri təlimatlara uyğun olaraq uçuş aeroportuna qayıtmaq qərarı qəbul edib. Təyyarə eniş zamanı icazə verilən kütləyə çatmaq üçün yanacağı sərf etmək məqsədilə gözləmə zonasına yönəlib. Daha sonra məlum olub ki, təyyarə Soçi hava limanına uğurla eniş edib və öz mühərriklərinin gücü ilə dayanacağa qədər hərəkət edib. "Smartavia" şirkətindən bildirilib ki, Soçi-Arxangelsk reysini yerinə yetirərkən geri qayıdan təyyarənin göyərtəsində xəsarət alan olmayıb. "Boeing 737-800" ehtimal olunan texniki nasazlıq səbəbindən uçuş aeroportuna qayıdıb. Təyyarədə 125 sərnişin və beş ekipaj üzvü olub.
Mənbə
oxu.az