Dünya

Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb: Ölənlər var

17 Jun 2026, 22:12 3 baxış
Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb: Ölənlər var
Rusiyanın Moskva vilayətində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, təyyarənin göyərtəsində olan iki nəfər həlak olub. Qeyd olunub ki, Sergiyev-Posad şəhər dairəsində enişə yaxınlaşarkən yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Yerə çırpıldıqdan sonra hava gəmisində yanğın baş verib. Qəzanın mümkün səbəblərindən biri kimi pilot səhvi nəzərdən keçirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər