Siyasət
Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı
Pakistan xarici işlər naziri Məhəmməd İshaq Darla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) X hesabında məlumat paylaşıb.
Bildirilib ki, telefon danışığında ABŞ-la İran arasında iyunun 19-da İsveçrədə imzalanacaq anlaşma memorandumu müzakirə olunub.
Bundan əlavə, telefon danışığında ikitərəfli münasibətlər müzakirə olunub.
Mənbə
axar.az