Siyasət
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq keçirilib
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində keçirilən iclasının iştirakçıları iyunun 17-də Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanış olublar. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, iclas iştirakçılarına "Fruit Valley" MMC-nin və "Yard Agro" MMC-nin həyata keçirdikləri layihələr barədə məlumat verilib. Bildirilib ki, burada istehsal olunan məhsulların həm daxili, həm də xarici bazarlarda satışı nəzərdə tutulub.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az