Dünya
Tramp İran üçün 300 milyardlıq fond barədə: "Biz 10 sent belə xərcləməyəcəyik"
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranın yararlanacağı 300 milyard dollar həcmində investisiya fondu təsis edəcəyinə dair iddiaları təkzib edib. Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. "Bu, uydurma bir hekayədir. Biz ora 10 sent belə xərcləməyəcəyik", - deyə Tramp bildirib. Xatırladaq ki, daha əvvəl İranla bağlı 300 milyard dollarlıq investisiya fondunun yaradıla biləcəyi haqqında məlumatlar yayılmışdı. Bildirilirdi ki, rəsmi Tehran ABŞ tərəfi ilə müqavilə öhdəliklərini tam icra edəcəyi təqdirdə həmin vəsaitlərə çıxış əldə edə bilər.
Mənbə
oxu.az
Oxşar Xəbərlər